Modern.az

Məktəb direktorlarının işə qəbulu üzrə QEYDİYYAT BAŞLADI

Məktəb direktorlarının işə qəbulu üzrə QEYDİYYAT BAŞLADI

Təhsil

17 Avqust 2026, 20:20

Avqustun 18-i saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır. Namizədlər avqustun 21-i saat 17:00-dək “miq.edu.az/direktor” vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.

Namizədlər liderlik və strategiya idarələri, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, birləşmə və əlaqə, problemlərin həlli və texnoloji qərarlar, rəqəmsal, sosial və emosional bacarıqlar üzrə qiymətləndiriləcəklər.

Hər bir namizəd müsabiqənin nəticələri ilə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.

Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?