Martın 30-da saat 12 radələrində Astara şəhərində rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Ayaz Hüseynov xidmətdə olarkən özünü şübhəli aparan “Kia” markalı avtomobilin sürücüsü Seymur Əliyevə yaxınlaşıb sənədlərini təqdim etməsini istəyib.
Modern.az saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tabeçilik göstərməyən Seymur Əliyev avtomobili hərəkətə gətirərək Ayaz Hüseynova ayaq nahiyəsindən xəsarət yetirdikdən sonra, maşından düşüb və hadisə yerini tərk edib.
Seymur Əliyevin avtomobilinə baxış zamanı 250 qram heroin, evindən isə 1 kiloqram 100 qram tiryək, 20 qram həşiş, 1 qram antefamin həbi, 1 ədəd müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng, 54 ədəd patron və 1 ədəd beşbarmaq-bıçaq aşkar edilərək götürülüb.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır.
Modern.az