Modern.az

Azərbaycanın Rusiyadakı səfirinin müavini: “Samboçu Bəxtiyar Abbasovu mən öyrətməmişəm” - AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirinin müavini: “Samboçu Bəxtiyar Abbasovu mən öyrətməmişəm” - AÇIQLAMA

Təhsil

31 Mart 2015, 14:00

“Son günlər Azərbaycan KİV-lərində sambo güləşi üzrə idmançımız Bəxtiyar Abbasovun Ermənistanın himninə göstərdiyi münasibət geniş müzakirə olunur.
Sözügedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə mən prezidiumda əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş samboçu, tanınmış ictimai-siyasi xadim Aslanbek Aslanxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, onun uduzmağına təəssüfləndi. Nəticədə bizim idmançımız 3-cü yeri, erməni idmançı isə 1-ci yeri tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən prezidiumu tərk etdim”.

Modern.az saytı xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu gün bəzi erməni KİV-lərində özü haqqında yazılanlara münasibət bildirərkən deyib. Həmin yazılarda samboçu Bəxtiyar Abbasovun etdiyi hərəkətə görə Qüdsi Osmanovun ermənilərdən üzr istəməsi tələb olunub. Erməni mediası iddia edib ki, guya, Bəxtiyar Abbasovu Azərbaycan səfirinin müavini öyrədib ki, Ermənistanın himni səsləndirərkən etiraz əlaməti olaraq aşağı otursun

Xatırladaq ki, 3 gün öncə Moskvadakı yarışda qaliblərin mükafatlandırılması zamanı 3-cü yeri tutmuş samboçumuz Bəxtiyar Abbasov 1-ci yerin sahibi Aşot Danielyanın şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə aşağı əyilib. 
90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub. 3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər.

Erməni KİV-ləri isə bu məsələ ilə bağlı Qüdsi Osmanovun üzr istəməli olduğunu tələb edib. Qüdsi Osmanov bu tələbi əsassız sayıb və onu rədd edib:

“Tədbirdən sonra ziyafətdə, bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun Ermənistan himni səslənən zaman oturduğunu danışdılar və mənim prezidiumu tərk etməyəyimi gedib Bəxtiyara məsləhət verməyim kimi qiymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyimlə onun hərəkəti arasında bağlılıq, razılaşma yoxdur. Həmçinin söylədim ki, "o ki, qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, təcavüzkar dövlət olaraq 20 faiz  torpaqlarımızı işğal edib, 1 milyon qaçqın-köçkün doğma yurdundan didərgin düşüb, azərbaycanlılar 100 il ərzində Qərbi Azərbaycandakı doğma torpaqlarından planlı şəkildə qovulub və tarixi Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb”.
Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolundakı cəhdlərini erməni tərəfinin puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, "himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı təcavüzkar dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim”.
O ki qaldı üzr istəmək məsələsinə, haqqımda yazılanlar erməni KİV-lərinin növbəti uydurmasıdır”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı