Ermənistanda istehsal həcmi azalıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, yanvar-fevral aylarında Ermənistan müəsisələrində istehsal həçmi kəskin şəkildə azalıb. Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, istehsal həcminin azalması ixracatın azalmasına güclü şəklildə təsir edəcək.
Elektrik istehsal həcmi eyni dövrdə 16,6% azalıb. Eyni dövrü ilə müqayisədə yanvar-fevral aylarında elektrik enerjisi 16,6% azalıb.
Qida məsullarının istehsalında un istehsalı 16%, taxıl istehsalı 1,7%, konservləşdirilmiş qida istehsalı 19,5 % azalıb.
Spirtli içkilərin istehsalında əhəmiyyətli azama baş verib.
Belə ki, etil spirtinin istehsalı 52,6 %, konyak istehsalı 31,3%, şampan istehsalı 46% və pivə istehsalı 14,8 % azalıb. Mineral suların istehsal həcmi yanvar-fevral aylarında 43,5% azalıb. Keçən ilin eyni dövrü ilə müqayisəsində zərgərlik sənayesi də 10.8% azalıb.
Xatırladaq ki, Ermənistan iqtisadiyyatının digər sektorlarında da vəziyyət acınacaqlıdır. Kimya və kimya məhsulları, metal məmulatlarının istehsalı, maşın və avadanlıqlar, elektrik avadanlıqları, ağac emalı, ağac istehsal edilən məmulatların istehsalı və kağız istehsal həcmində azalma müşahidə edilib.
Şahin Qocayev