Modern.az

Türkiyədə prokuroru girov götürdülər – FOTOLAR

Türkiyədə prokuroru girov götürdülər – FOTOLAR

Təhsil

31 Mart 2015, 16:19

"Gəzi Parkı hadisələri" zamanı ölən 15 yaşlı Bərkin Əlvanla bağlı təhqiqat aparan prokuror Mehmet Selim Kiraz terrorçular  tərəfindən girov götürülüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Twitter sosial şəbəkəsində  terror şəbəkəsinin üzvü olduğu hesab edilən şəxslər tərəfindən bununla bağlı foto yayımlanıb.

Terrorçular tələb edir ki, Bərkin Əlvanı öldürən polislər televiziya vasitəsilə günahlarını etiraf etməlidir.

Prokurorun kabineti Çağlayan Ədliyyəsinin 6-cı mərtəbəsində yerləşir.

***

Bu arada Türkiyənin Baş naziri Əhməd Davudoğlu KİV-lərə prokuror Səlim Kirazın İstanbulda girov götürülməsi barədə məlumat dərc etməyi qadağan edib.

Qadağa Ali Radio və Televiziya Şurası haqqında qanunun müvafiq maddəsinə uyğun tətbiq edilib.

Həmin maddəyə əsasən, fövqəladə vəziyyətlərdə məlumat yayımı məhdudlaşdırıla bilər.



Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı