Modern.az

Müdafiə Nazirliyi: “Ermənilər bir-birini gülləbaran edəndən sonra…”

Müdafiə Nazirliyi: “Ermənilər bir-birini gülləbaran edəndən sonra…”

Təhsil

4 Aprel 2015, 00:30



“Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır”.

Modern.az saytının məlumatına görə, bu açıqlama ilə Azərbayacn Müdafiə Nazirliyinin mətbuat xidməti çıxış edib.

”Erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələr nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir. Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir”-deyə açıqlamada vurğulanır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz