Modern.az

Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum olub

Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum olub

Təhsil

12 May 2015, 16:03

İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə APA-ya açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 10:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

O qeyd edib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış edəcəklər.

Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı