Modern.az

90 minə yaxın müəllimin maaşı artacaq - Nazir açıqladı

90 minə yaxın müəllimin maaşı artacaq - Nazir açıqladı

Təhsil

Bu gün, 16:11

Sertifikatlaşdırma nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ödəniş ediləcək.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, ilk dəfə sertifikatlaşdırma keçirilən fənlər – tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət üzrə 16 569 nəfər iştirak edib.

Onun sözlərinə görə, indiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub. Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib.

“Daha 17,5 min təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi proqnozlaşdırılır”, - deyə nazir qeyd edib.

E.Əmrullayev bildirib ki, 2026-cı il iyunun 17-25-də keçirilən sertifikatlaşdırmada ilk dəfə təxminən 20 min müəllim iştirak edib.

Həmçinin qeyd olunub ki, təxminən 6 min müəllim müəllimlərin işə qəbulu müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə fəaliyyətə başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?