Modern.az

Avropa Oyunları qaliblərinin maraqlı fikirləri: “Göyün yeddinci qatındayam”

Avropa Oyunları qaliblərinin maraqlı fikirləri: “Göyün yeddinci qatındayam”

Təhsil

16 İyun 2015, 16:55


I Avropa Oyunlarında qızıl medal qazandıqdan sonra idmançılar qələbələri ilə bağlı maraqlı fikirlər söyləyiblər.

Modern.az saytı bir necə idmançının qələbə ilə bağlı sitatlarını təqdim edir:

 Bakı İdman Zalında kişilərdən ibarət stolüstü tennis komandası qızıl medalın sahib olduqdan sonra üzvlər Tiaqo Apolonianın, Markos Freiasın və Coao Qeraldonun sitatı:

“Bu, birinci oyundan sonuncu oyunadək əla idi. Bizə dəstək verməyə gəlmiş hər bir şəxsə təşəkkürümü bildirmək istərdim".

***
Mingəçevirdə Kür İdman və Avarçəkmə Mərkəzində avarçəkmə yarışında kişilər arasında 1000 metr məsafəyə kayak-cütlük yarışı üzrə Zoltan Kammerer ilə birlikdə qızıl medal qazanan Tamas Szalaidən sitat:

"Həqiqətən, qalib olmaq əla bir hissdir. Bu, I Avropa Oyunlarıdır və növbəti oyunlarda nə olacağını demək çox çətindir. Ümid edirəm ki, bu, möhtəşəm bir tədbir olacaq".

****
 Heydər Əliyev adına İdman Arenasında 48 kq çəkidə qadınlar arasında sərbəst üsulla yarışda qızıl medal qazanan Mariya Stadnik qalıb olduqdan sonra söylədiyi sitat:

"Mən çox xoşbəxtəm. Məşəl estafetində iştirak etdim və oyunların səfiri oldum. Hhazırda qızıl medalla buradayam. Arenada bir çox insanların, o cümlədən prezidentlə ailəsinin nəzərləri mənə yönəlib. Mən göyün yeddinci qatındayam".

***
Mingəçevirdə Kür İdman və Avarçəkmə Mərkəzində avarçəkmə üzrə kişilər arasında 1000m məsafəyə kayak-dördlük yarışı üzrə qızıl medal qazanan macarıstanlı idmançı Daniel Paumandan sitat:

"Oyun çox sakit keçdi. Hava küləkli olsa da, biz buna vərdiş etmişik. Biz idmanda hər cür hava şəraiti ilə üzləşmişik".

Sevinc YASİNQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı