Modern.az

Cəlilabadda meşə yanır

Cəlilabadda meşə yanır

Təhsil

30 İyul 2015, 15:49


Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, saat 14.00-dan başlayan yanğının qarşısının alınması üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub. Hazırda ərazidə yanğının söndürülməsi üçün işlər aparılır.

İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub. Yanğının baş verdiyi sahə dağlıq ərazidir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı