Türkiyədən İsrailə növbəti sərt bəyanat. Baş nazir Ərdoğan “Netanyahu Afinada varsa, mən yoxam” deyib. Modern az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, cümə günü Afinada kecirilməsi nəzərdə tutulan İqlim dəyişikliyi konfransına Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qatılmaya bilər. Səbəb isə İsrailin baş naziri Binyamin Netanyahunun konfransda iştirak etməsidir. Ərdoğan dünən gecə Skai TV –yə müsahibə verib. Müsahibədə Qəzzaya hümanitar yardım aparan “Mavi Mərmərə” gəmisinin İsrailin hücümüna məruz qalmasına diqqət yönəldib.
“Güc tətbiq etməklə öyünən bir baş nəzirlə danışıqlar apara bilmərəm” deyən Ərdoğan B.Netanyahunun konfransda iştirak edəcəyi halda “mən konfransa qatılmayacam” söyləyib.
Netanyahunun konfransa qatılmasının təsdiq edilib-edilmədiyi haqqında hələlik məlumat verilmir.