
İTV-nin bu günkü debatlarında 34 saylı Xətai ikinci, 70 saylı Masallı şəhər, 82 saylı Ağcabədi, 86 saylı İsmayıllı 108 saylı Ağstafa seçki dairəsi deputatlığa namizədlər çıxış edəcək.
34 Xətai ikinci seçki dairəsindən canlı efirdə YAP-ın vahid namizədi, millət vəkili Gülər Əhmədova, keçmiş deputat, müstəqil YAP-çı Əli Əlirzayev, “İslahatçı” Teyyub Qəni, AMİP-çi Məhərrəm Həsənov, sahibkar Azər Həsrət, “Qarabağ”lı Zakir Hüseynov və bitərəf Nərminə Hacıyeva olacaq. Onlarla eyni studiyada efiri həmçinin “İnsan Naminə” namizəd Böyükbala Məmmədov, bitərəflər Cəlal İbrahimov və Alik Muradov bölüşəcək.
70 saylı Masallı şəhər seçki dairəsindən ekranlara keçmiş futbolçu, indiki namizəd Alay Bəhrəmov, “AXCP –Müsavat” blokunun namizədi Əlişir Bəşirov, YAP-ın namizədi Nəriman Əliyev, bitərəflər Şahmar Kazımov və Mirnizam Vahabov çıxacaq.
82 saylı Ağcabədi seçki dairəsindən isə efirdən Ələsgər Allahverənovu, Akif Həsənovu, Naibə Mustafayevanı, Şahin Rəhimovu, YAP-çı Tahir Rzayevi görəcəyik.
86 saylı İsmayıllı seçki dairəsindən İTV-də Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan, DADP-çi Niyazi Fətullayev, habelə bitərəflər Firudin Ağayev, İlqar Osmanov, Nəriman Süleyman, Məzahir Şahvələdov olacaq.
108 Ağstafa seçki dairəsindən isə bu gün efirdə “Muğam” studiyasının direktoru Başxanım Abbasova, YAP-çı Nizami Cəfərov, bitərəflər Suğra Nəcəfova və Elşad Vəliyev olacaq.
Modern.az