Modern.az

İTV-nin bu günkü debatı: YAP-çı, Müsavatçı, DADP-çi, "Ümid"çi, VHP-çi, ASRP-çi, BQP-çi, ADİSP-çi namizədlər...

İTV-nin bu günkü debatı: YAP-çı, Müsavatçı, DADP-çi, "Ümid"çi, VHP-çi, ASRP-çi, BQP-çi, ADİSP-çi namizədlər...

Təhsil

25 Oktyabr 2010, 09:45

İTV-nin bu günkü debatlarında 43 saylı Sumqayıt üçüncü (7 namizəd), 66 saylı Biləsuvar (4 namizəd), 71 saylı Masallı kənd (5 namizəd), 107 saylı Qazax (9 namizəd), 112 saylı Qax (5 namizəd) seçki dairələrinin təmsilçiləri çıxış edəcəklər. Modern.az-ın MSK-ya istinadla verdiyi məlumata görə, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin canlı efirə çıxacaq deputatlığa namizədlərindən biri YAP-ın dəstəklədiyi “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, digəri "AXCP-Müsavat" blokunin dəstəklədiyi müsavatçı Sülhəddin Əkbərdir. Bu dairədən ekranda görəcəyimiz namizədlər arasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə, "İslahat" blokundan olan sahibkar Kərim Kərimov, bitərəf Qubad Qurbanov, “Demokratiya” blokundan Arzu Musayev, “Qarabağ” blokundan Elşad Rzayev olacaq. 66 saylı Biləsuvar seçki dairəsini İTV-də bitərəf sahibkarlar Siyasət Astanov, Kazım Məmmdəov, bitərəf hüquaşünas Coşqun Həsənov və deputat Xanhüseyn Kazımlı təmsil edəcək.

71 saylı Masallı kənd seçki dairəsindən canlı efirə çıxacaq namizədlər bunlar olacaq: bitərəf deputat Elmira Axundova, YAP-ın vahid namizədi, idman məktəbinin direktoru Şirziyad Mehtiyev, bitərəf Əliməmməd Nuriyev,  "Riyad" Mühafizə Xidmətinin idarə rəisi İlqar Rzayev, "Ayan" qəzetinin təsisçisi Cavid Şirəliyev.

 

Bu gün İTV tamaşaçılara 107 saylı Qazax seçki dairəsinin 9 namizədini təqdim edəcək. Bitərəf tarixçi Alı Balayev, bitərəf elektirk Ramil Carçıyev, bitərəf təhsil metodisti Orxan Əliyev, ehtiyatda olan bitərəg general-mayor Mahmud Həmzəyev, DADP-çi Tural Qurbanov, “Demokratiya” blokundan olan müəllimə Qiymət Məmmədova, “Yeni Müsavat” qəzetinin Müsavatçı müxbiri Leyla Mustafayeva, bitərəf mühasib Tünzalə Şərifova və YAP-ın vahid namizədi, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev seçicilərinə vədlər verəcək.

 

112 saylı Qax seçki dairəsindən İTV-nin axşamki efirinə YAP-çı muzey direktoru Mahir Əfəndi, bitərəf işsiz Oqtay Xəlilli, bitərəf deputat Azər Kərimli, “Demokratiya” blokunun təmsilçisi, vəkil Məhəmməd Qardaşlı, bitərəf məktəb direktoru Məcid Yusifov çıxacaq. Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı