Modern.az

Vergilər Nazirliyi bu gün işə qəbul üçün sənəd qəbuluna başlayır

Vergilər Nazirliyi bu gün işə qəbul üçün sənəd qəbuluna başlayır

Təhsil

25 Oktyabr 2010, 11:16

Vergilər Nazirliyi bu gündən Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələrin qəbulu və işlənməsi idarəsinin rəisi vəzifəsinə işə qəbul olunmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün sənəd qəbuluna başlayıb.

  Sənəd qəbulunda:
-         hərbi xidmət keçmiş;
-         ali təhsilli; -         mühasibat, audit və ya vergi sahəsində azı 5 il staja malik olan;
-         minimum 1 xarici dili bilən (türk dili istisna olmaqla);
-         zəruri kompyuter biliklərinə malik olan şəxslər iştirak edə bilərlər.

Bu şərtlərə cavab verməyən namizədlərin ərizələri qəbul olunmayacaq.

Sənəd qəbulu elektron ərizə formasında 25 oktyabr 2010-cu il tarixdən 5 noyabr 2010-cu il tarixədək aparılır. Sənəd qəbulunda iştirak etmək istəyənlər göstərilən müddətdə elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını sistemə daxil etdikdən sonra namizədə kod verilir. Namizədlər sənədləri qəbul edildikdən üç iş günü ərzində verilmiş kod əsasında ərizəsinin qəbul edilib edilmədiyi barədə məlumat ala bilərlər. İnternet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı problem yarandıqda Vergilər Nazirliyinin İnzibati binasının qəbul otağına müraciət edilməlidir. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı