Bu gün Prezident İlham Əliyev Ukrayna Milli Telekompaniyası, “Profil-Ukrayna” jurnalı və “Den” qəzetinə müsahibə verib. (AzərTAc) Prezident müsahibəsində Azərbaycan-Ukrayna ikitərəfli münasibətləri, iqtisadi əməkdaşlıq, Azərbaycanda gedən sürətli inkişaf prosesləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq aləmdə rolu və digər məsələlərlə bağlı suallara cavab verib.