“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov qurumun 7 noyabr parlament seçkilərində dəstəkləyəcəyi namizədlərlə bağlı seçicilərə müraciət edib. Müraciətdə deyilir:
“Əziz seçicilər! Qarşıdan gələn parlament seçkisində “Qarabağ qaziləri” İctimai Birliyi 20 saylı Nərimanov ikinci seçki dairəsindən Aslan İsmayılovun, 21 saylı Nəsimi birinci seçki dairəsindən Sərdar Cəlaloğlunun, 22 saylı Nəsimi ikinci seçki dairəsindən Pənah Hüseynin, 25 saylı Nizami ikinci seçki dairəsindən Rauf Arifoğlunun, 30 saylı Suraxanı birinci seçki dairəsindən Arif Hacılının, 34 saylı Xətai ikinci seçki dairəsindən Azər Həsrətin, 35 saylı Xətai üçüncü seçki dairəsindən İqbal Ağazadənin, 105 saylı Tovuz seçki dairəsindən Qənirə Paşayevanın namizədliyini dəstəkləyir.
Biz adlarını çəkdiyimiz dairələrdə yaşayan Qarabağ qazilərini, şəhid ailələrini, veteranları, o cümlədən bizə hörməti olan, çağırışımızı gözləyən hər kəsi 7 noyabr 2010-cu ildə seçki məntəqələrinə getməyi və adlarını çəkdiyimiz namizədlərə səsə verməyə çağırırıq”.
Müraciətdə bildirilir ki, Qarabağ qaziləri digər dairələrdə hər hansı namizədi dəstəkləməkdə azaddırlar.