Səddam Hüseyn yalnız sarışın qızları sevirmiş..

Səddam Hüseynin məşuqəsi olmuş Parisula Lapmsosun kitabı çap olunub. Xarici mətbuatda kitabdan seçmələr dərc olunur. Modern.az xarici mətbuatda yer alan seçmələrdən bəzilərini təqdim edir.
Diktatorun məşuqəsi Lampsos Səddamla bağlı çox maraqlı detallar açıqlayıb. Deyib ki, onun Səddamla ilk görüşü 1968-ci ildə Bağdadda olub. Onda qızın 16 yaşı varmış. O zaman onlar qardaşları və valideynləri ilə birgə yaşayırmışlar.
“Mənim Səddamla münasibətlərim davamlı olub”-deyə Lampsos qeyd edib. İlk görüşləri zamanı Səddamın 30-a yaxın yaşı varmış. Tanış olduqları gün gələcək diktatorun əynində mavi rəngli ipək kostyum, ağ köynək olub.
Lampsos yazır ki, Səddam çox şıq görünürmüş və ilk baxışdan qızın xoşuna gəlib.
“Mən ilk növbədə onun gözlərinə baxdım. Belə qeyri-adi göz heç vaxt görməmişdim. Onun gözləri metal kimi parlayırdı. Bir neçə saniyədən sonra Səddama dedim: “Sizin gözləriniz vəhşi heyvanın gözlərinə oxşayır. Çox soyuq və amansız baxışlarınız var”. Əgər kimsə başqa bir adam bu sözləri desəydi, yəqin ölümə məhkum edilərdi. Amma mənim sözlərimə Səddam ləzzətlə güldü”.
Bir qədər sonra onlar Səddamla ikilikdə qalıblar. Qızı belindən qucaqlayan Səddam başqa bir qapını şaqqıltı ilə açaraq qızı bütünlüklə ağ rəngdə olan yataq otağındakı çarpayıya itələyib. Lampsos yazır ki, yataq otağının ortasında nəhəng, ağappaq örtüklərlə bəzənmiş çarpayı var idi. Bu çarpayının ortasına isə bir ədəd qızılgül qoyulmuşdu.
“Səddamın otağı mənə görə belə döşətdirməsi özümə qarşı olan incə kompliment kimi xoşuma gəldi. Ağ mələfənin üstünə qoyulmuş qızılgül isə mənim ağlımı əməlli başlı əlimdən aldı. Mən Səddamın yatağına bakirə qız kimi girdim, amma qadın kimi çıxdım. Həmin gecəni heç vaxt unuda bilmirəm”-deyə Lampsos yazır.
O, daha sonra qeyd edir: “İndi bilirəm ki, məndən başqa Səddamın yatağından minlərlə qadın keçib. Amma o zaman çox gənc bir qız idim və bu barədə düşünmürdüm. Mən Səddama vurulmuşdum. O mənə elə həzz bəxş etdi ki, mən bunu xəyalıma belə gətirə bilməzdim”.
Diktatorun məşuqəsinin yazdığına görə, o, sonradan bilib ki, Səddam Hüseyn klanından olan kişiləri qadınla təhciz eləmək üçün xüsusi əməkdaşlar varmış. Onların vəzifəsi sahib üçün təzə-tər və gözəgəlimli qızları tapmaq olub. Onlar qızları müxtəlif aldadıcı vədlərlə şirnikləndirib gətirirmişlər.
Əvvəlki açıqlamalarında Lampsos jurnalistlərə bildirmişdi ki, Səddam sarışın qızları sevirmiş.
Səddamın Hüseynin Qərbə qaça bilmiş şəxsi tərcuməçisi Həmid Əl-Ravi o zaman bildirmişdi ki, o həm də Qərbin ən elitar fahişəxanalarından ağ sarışın qızların saraya daşınması işinə baxıb. Həmid əvvəl namizədləri seçir, sonra onların pronofotosunu diplomatik poçtla Bağdada - Səddama göndərirmiş. Səddam da xoşuna gəldiyi qızları seçəndən sonra, bu gənc fahişələr xüsusi reyslə İraqa gətirilirmiş. Həmid təsdiq edib ki, onun gətridyi 3 qız sonradan geri qayıtmayıb.
Qeyd edək ki, Parisula Lampsos ilk dəfə 2000-ci ildə ABC telekampaniyasına intervyüdən sonra məhşurlaşıb. Qadın bu intervyüdə tiranın intim həyatı barədə detallı danışmışdı.. Onun sözlərinə görə, Səddam Hüseyn saçlarını rəngləyirmiş, qırışlara qarşı bitki maskalarından istifadə edirmiş. Keçmiş məşuqə bildirib ki, Səddam potensiyanın artmasına kömək edən “Viaqra” da atırmış. Ət yeməklərinə üstünlük verən Səddam Hüseyn paltarlarını “Pyer Karden”dən geyinirmiş.
“Xaç atası” filminə baxmağı sevən diktator həmçinin Frenk Sinatranın müsiqiləri altında rəqs etməyi xoşlayırmış.
Qeyd edək ki, Səddam Hüseynin keçmiş məşuqəsi, indi 54 yaşında olan yunan Parisula Lapmsosun hazırda Livanda gizləndiyi bildirilir.

Modern.az