Modern.az

Tanınmışlar İTV-də növbəti debatında: Zeynəb Xanlarova, Mirmahmud Mirəlioğlu, Bəxtiyar Sadıqov, Musa Qasımlı, Asif Mərzili, Çingiz Əsədullayev... onlarla birgə müəllimlər, işsizlər, sahibkarlar və digərləri...

Tanınmışlar İTV-də növbəti debatında: Zeynəb Xanlarova, Mirmahmud Mirəlioğlu, Bəxtiyar Sadıqov, Musa Qasımlı, Asif Mərzili, Çingiz Əsədullayev... onlarla birgə müəllimlər, işsizlər, sahibkarlar və digərləri...

Təhsil

26 Oktyabr 2010, 09:01


Modern.az
-ın məlumatına görə, İTV-nin çərşənbə axşamı canlı efirə çıxaracağı deputatlığa namizədlər 42 saylı Sumqayıt ikinci (10 namizəd), 94 saylı Bərdə kənd (5 namizəd), 90 sayl Ağdaş (4 namizəd), 110 saylı Zaqatala (4 namizəd), 119 saylı Ağdam kənd (4 namizəd), 50 saylı Qobustan-Xızı-Sumqayıt (4 namizəd) seçki dairələrininin təmsilçiləri olacaqlar.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən ekranda görəcəyimiz 10 namizəd arasında YAP-çı olmayacaq. Debata çıxacaq şəxslərdən biri hamının tanıdığı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu olacaq. Onunla yanaşı "Reyad-renta" Şirkətlər Birliyi "Klassik" firmasının bitərəf direktoru Oqtay Ağayarovu, Müasir Müsavat Partiyasının təmsilçisi Fərhad Behbudovu, azad sahibkar İlqar Əliyevi, "İnsan naminə" blokundan musiqi müəlliməsi Cahan Əliyevanı, bitərəf işsiz Səyyarə Heydərovanı, AMİP-çi sahibkar Məzahir Qasımovu, Sumqayıt İstilik İdarəsinin bitərəf mexaniki Səlim Məmmədovu, DADP-çı Təvəkgül Sadıqovu da dinləyəcəyik.
Və nəhayət bu dairənin ikinci əsas tanınmış namizədi BDU-nun professoru, bitərəf Musa Qasımlı da debatda əyləşənlərdən biri olacaq.

İTV axşamki canlı efirdə 94 saylı Bərdə seçki dairəsindən "AZE Consaltinq Qrup" Şirkətiinin bitərəf direktoru Natiq Abdullayevi, hazırki bitərəf deputat Gövhər Baxşəliyevanı, YAP-ın vahid namizədi, Bərdə şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Şəmil Behbudovu, bitərəf müəllimə Püstə Mehdiyevanı və jurnalist Taleh Şahsuvarovu tamaşaçılara təqdim edəcək.

90 saylı Ağdaş seçki dairəsini İctimai Televiziyada 4 namizəd təmsil edəcək. Bunlar işsiz AMİP-çi Loğman Əliyev, hazırki bitərəf deputat, “AGbank”ın şefi Çingiz Əsədullayev, Ağdaş bələdiyyəsinin sədr müavini, YAP-çı Vüqar Həmidov,  Ağdaş rayon Məşəd bələdiyyəsinin sədri, "Demokratiya" blokunun təmsilçisi Məhəmməd Şirinzadə olacaq.

110 saylı Zaqatala seçki dairəsindəki namizədlərdən də biri hazırda deputatdır - YAP-ın vahid namizədi Hikmət Atayev. Onunla debata bitərəf, orta məktəb direktoru Bəhruz Bayramov, kənd məktəbində təsərrüfat müdiri işləyən, bitərəf Şəmsəddin Həsənov və sahibkar Telman Həsrətov çıxacaq.

119 saylı Ağdam kənd seçki dairəsindən də bir namizəd hazırda deputatdır. O da YAP-ın vahid namizədidir - “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov.
Bu dairədən debata daha bir jurnalist çıxacaq - “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili. Onlarla yanaşı əyləşən namizədlər orta məktəb müəllimləri, bitərəflər Şakir Məhərrəmov və Samir Paşayev olacaq.

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsində ən məşhur namizəd, xalq artisti Zeynəb Xanlarovadır. Zeynəb xanımın debata gəlib-gəlməyəcəyi məlum deyil. Amma onunla yarışacaq namizədlər "İslahat" blokundan Məhəmməd Cəbrayilov, bitərəf cərrah Balamizə Mənsimov, bitərəf sahibkar Bayram Vəliyev yəqin ki özlərini tanıtmaq üçün efirə çıxacaqalar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı