Modern.az

“8-ci kilometr bazarı”ndakı yanğında 7 nəfər yanıb

“8-ci kilometr bazarı”ndakı yanğında 7 nəfər yanıb

Təhsil

26 Oktyabr 2010, 13:40

Daxili İşlər Nazirliyi Nizami rayonu Naxçıvanski küçəsindəki Ticarət Mərkəzində (“8-ci kilometr” bazarı) baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyin məlumatına görə, oktyabrın 25-də saat 22.00 radələrində Nizami rayonu Naxçıvanski küçəsindəki Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 4.500 kvm. sahədə ticarət köşkləri və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış Bakı şəhər sakinləri Tofiq Zülfüqarov, Cavid Balayev, Rasim Cəlilov, Əziz Kərimov, Aslan Quliyev, Cavid Yaqubov və İqor Qurquzov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

***
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı rəsmi məlumat yayıb. Qurumun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın nəticəsində ümumi sahəsi 20 min kv.m olan həmin bazarda piştaxtalar və polimer materiallar 4500 kv.m sahədə yanıbr. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, həmçinin, tüstüdən səhhətində nasazlıq yaranmış 2 nəfərə hadisə yerində ilkin tibbi yardım göstəriblər. Yanğın saat 02:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı