Modern.az

Qoz satan azərbaycanlı qandallandı - Narkotikə görə

Qoz satan azərbaycanlı qandallandı - Narkotikə görə

Təhsil

25 Fevral 2016, 13:16

 

Rusiyanın Moskvaətrafı rayonu Serpuxovoda 46 yaşlı azərbaycanlı saxlanılıb.  

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukraynadan Moskvaya gedən azərbaycanlının üzərindən 7 kiloqram marixuana aşkar olunub.  

Polisin məlumatına görə həbs olunan şəxs kuryer rolunu oynayıb və Ukraynadan Azərbaycana narkotik vasitələrin gətirilməsinə yardım göstərib.  

O, qoz alveri ilə məşğul olduğunu lakin son vaxtlar ciddi maliyyə sıxıntıları çəkdiyi üçün narkotik biznesinə girişdiyini deyib.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...