Modern.az

Amerikadakı nüvə sammitində prezidentlər görüşə bilər

Amerikadakı nüvə sammitində prezidentlər görüşə bilər

Təhsil

18 Mart 2016, 10:55

 

Ermənistanın “Aykakan Jamanak” qəzeti yeni iddia ilə çıxış edib.

Modern.az qəzetə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Nüvə Tıəhlükəsizlik Sammiti çərçivəsində bu ölkəyə gələcək prezident İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sərkisyanın görüşünü təşkil etməyi planlaşdırır.

“Diplomatik mənbələrdə olan məlumata görə ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusən ABŞ sammit çərçivəsində Əliyev-Sərkisyan görüşünün baş tutması üçün səylərini əsirgəmir”-deyə qəzet yazıb.

“Aykakan Jamanak” cəbhə xəttində son günlər cəbhə xəttində yaranan gərginliyi də məhz görüşün keçirilmə ehtimalıl ilə əlaqələndirib.  

Sonuncu görüşün 2015-ci ilin dekabrında baş tutduğunu yazan qəzet Qarabağ danışıqlarının dalana dirəndiyi qeyd edib.   “Türkiyə tərəfi isə Minsk Qrupunun formatının dəyişdirilməsinə çalışır”.    

Vüqar İsmayılov     


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı