Modern.az

Yəhudi diasporu Azərbaycanın qərarını ALQIŞLAYIR

Yəhudi diasporu Azərbaycanın qərarını ALQIŞLAYIR

Diaspor

19 Noyabr 2022, 00:24

Azərbaycanın İsraildə səfirlik açmaq qərarı vacib addımdır.

 

Modern az xəbər verir ki, bunu Amerika-İsrail İctimai İşlər Komitəsi (AIPAC) "Tvitter" hesabında qeyd edib.

 

“Azərbaycan parlamentinin bugünkü tarixi qərarı İsraillə Azərbaycan arasında münasibətlərdə irəliyə doğru atılmış mühüm addımdır. Azərbaycan yəhudi dövlətində səfirlik açan ilk şiə müsəlman ölkə olacaq", - deyə paylaşımda vurğulanıb.

 

Amerika Yəhudi Komitəsi (AJC) də səfirliyin açılması qərarına münasibət bildirib.

 

“Biz Azərbaycanın İsraildə səfirlik açmaqla bağlı tarixi qərarını alqışlayırıq. Azərbaycan bunu edən ilk şiə müsəlman ölkəsidir. AJC və Azərbaycan uzun müddətdir tərəfdaşlıq edir. Bu addım İsrail ilə müsəlman dünyası arasında əlaqələri daha da gücləndirəcək”, - deyə diaspora təşkilatı bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər