Modern.az

Əfqanıstanda terror aktı törədildi – Ölənlər var

Əfqanıstanda terror aktı törədildi – Ölənlər var

Dünya

6 Dekabr 2022, 10:30

Əfqanıstanda terror aktı törədilib.

 

Modern.az “The National News” agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Məzari-Şərif şəhərində baş verib.

 

Məlumata görə, əvvəlcədən avtobusa qoyulmuş bombanın partlaması nəticəsində 5 nəfər həlak olub. Yaralılar barədə məlumat verilməyib.

 

Hadisənin məsuliyyətini hələlik heç bir terror qruplaşması öz üzərinə götürməyib.

 

Terror aktı ilə bağlı araşdırmaların aparıldığı qeyd olunub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu