Modern.az

Almaniya 10 milyard dollarlıq F-35 qırıcıları alacaq 

Almaniya 10 milyard dollarlıq F-35 qırıcıları alacaq 

Dünya

7 Dekabr 2022, 00:30

Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı almağı planlaşdırır.

 

Modern.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, rəsmi Berlin qırıcıların alınması üçün 10 milyard avro ayırıb.

 

Plana əsasən, qırıcıların təhvil verilməsi 2026-2029-cu illər ərzində nəzərdə tutulub. Məbləğə qırıcılar üçün raketlər və digər komponentlər daxildir.

 

Qeyd edək ki, Almaniya bundan əvvəl müdafiə büdcəsinin artırılmasına qərar verib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?