Avropa məhkəməsi Fransaya cərimə kəsdi – Miqrantlara görə

Avropa məhkəməsi Fransaya cərimə kəsdi – Miqrantlara görə

9 Dekabr 2022, 16:07

Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Konqo və Gürcüstandan olan 3 miqrant ailənin Fransaya qarşı iddiasına baxılıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə miqrantların hüquqlarının pozulması barədə qərar çıxarıb.

 

Belə ki, AİHM Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi üzrə (ədalətli mühakimə hüququ) miqrantların hüquqlarının Fransa dövləti tərəfindən pozulmasını tanıyıb.

 

Avropa Məhkəməsi hər üç miqrant ailəsinə 5 min avro, ümumi məhkəmə xərcləri üçün isə 7150 avro təzminat ödənilməsi barədə hökm çıxarıb.

 

Qeyd edək ki, miqrant ailələri ilə bağlı məhkəmə prosesi 2018-ci ildən bəri davam edirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı