Modern.az

Daha bir ölkə öz peykini buraxacaq

Daha bir ölkə öz peykini buraxacaq

Dünya

1 Yanvar 2023, 19:39

Küveyt ilk peykini yanvarın 3-də orbitə çıxarmağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Küveytin "Kuna" agentliyi məlumat yayıb.

 

Peyk ABŞ-ın Florida ştatındakı platformadan buraxılacaq. “Kuwait Sat-1” adlanan peyk orbitə buraxıldıqdan təxminən 4 saat 2 dəqiqə sonra, öz missiyasını yerinə yetirməzdən əvvəl yerüstü stansiyaya ilk siqnal göndərəcək.

 

Peyk yer kürəsinin ətrafında fırlanacaq və görüntüləri ekspert qrupu tərəfindən analiz üçün göndərən yüksək keyfiyyətli kameraya malikdir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi