Modern.az

Zelenski G20 sammitinə dəvət edilməyib 

Zelenski G20 sammitinə dəvət edilməyib 

Dünya

5 Yanvar 2023, 21:45

2023-cü ilin sentyabrında keçiriləcək G20 sammitinə dəvət olunan ölkələr arasında Ukrayna yoxdur.

 

Modern.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçi deyib.

 

G20 sammitinin dövlət və hökumət başçıları səviyyəsində sentyabrın 9-u və 10-da Nyu-Dehlidə keçirilməsi planlaşdırılır.

 

“Dəvət etməyi planlaşdırdığımız G20 üzvləri və xüsusi dəvət olunmuş ölkələr açıqlanıb. Və mən Ukraynanın bu siyahıda olduğunu düşünmürəm", - deyə XİN rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Hindistan dekabrın 1-dən etibarən G20-yə sədrlik edib. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!