Modern.az

Onlar da Ərdoğanı təbrik etdilər

Onlar da Ərdoğanı təbrik etdilər

29 May 2023, 08:52

Qərbi Balkan ölkələrinin liderləri Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Rəcəb Tayyib Ərdoğana təbrik məktubları ünvanlayıblar.

 

Modern.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç təbrik mesajında Rəcəb Tayyib Ərdoğanın prezident vəzifəsini uğurla yerinə yetirməsini arzulayıb. Vuçiç əldə edilən qələbənin böyük məsuliyyət daşıdığını deyib, Serbiya xalqı və öz adından təbriklərini çatdırıb.

 

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç məktubunda Ərdoğanın qələbəsinin Türkiyəni gücləndirmək üçün izlədiyi uğurlu siyasətin, keçdiyi inkişaf və tərəqqi yolunun nəticəsi olduğunu bildirib.

 

Rəyasət Heyətinin üzvü Jelko Komşiç isə Ərdoğanın qələbəsinin iki dost ölkə arasında əlaqələrin gələcəkdə də davam edəcəyi mənasına gəldiyini vurğulayıb.

 

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik milyonlarla seçicinin Rəcəb Tayyib Ərdoğanın lehinə səs, ümid və güvən verdiyini bildirib, bunu tarixi qələbə adlandırıb.

 

Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bakir İzzetbeqoviç Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, bunun təkcə Türkiyə xalqını deyil, Bosniya və Herseqovina xalqını da sevindirdiyini qeyd edib.

 

Monteneqronun sabiq prezidenti Milo Cukanoviç də yenidən prezident seçilən Ərdoğanı təbrik edib, Türkiyənin sabitliyinin Balkan region və bütövlükdə Avropa üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi