Modern.az

Netanyahu əməliyyatdan sonra özünü yaxşı hiss edir

Netanyahu əməliyyatdan sonra özünü yaxşı hiss edir

Dünya

23 İyul 2023, 19:01

İsrail Baş naziri Binyamin Netanyahu əməliyyatdan sonra özünü necə hiss etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Binyamin Netanyahu bu barədə “Tvitter”də paylaşım edib.

 

Binyamin Netanyahu bildirib ki, əməliyyatla kardiostimulyator quraşdırıldıqdan sonra özünü yaxşı hiss edir və iyulun 24-də Knessetdə hüquqi islahatlarla bağlı qanun layihəsinin müzakirəsində iştirak edəcək.

 

Qeyd edək ki, bu gün İsrail Baş naziri əməliyyat olunub. Binyamin Netanyahuya ürək ritminin tənzimlənməsi üçün kardiostimulyator quraşdırılıb. Əməliyyatla əlaqədar Binyamin Netanyahu Türkiyə və Cənubi Kiprə səfərini təxirə salmaq məcburiyyətində qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi