İraq parlamentinin deputatı, İraq Türkman Cəbhəsinin keçmiş sədri Erşat Salihi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya şəfa diləyib.
Modern.az xəbər verir ki, bu barədə Salihi X-də paylaşım edib.
"Çox dəyərli Qənirə Paşayeva xanıməfəndinin reanimasiyaya yerləşdirildiyini öyrəndik. Türkmənelinə gəlib bizlərlə görüşən, Türkməneli üçün maaşını bağışlayan gerçək bir mücadiləçi xanıməfəndidir. Ona uca yaradandan şəfalar diləyirik", - o qeyd edib.
Xatırladaq ki, Q.Paşayeva dünən komaya düşərək xəstəxanaya yerləşdirilib.