Modern.az

Gürcüstanda dəhşətli hadisə - Azərbaycanlıların evinə silahlı basqın edildi

Gürcüstanda dəhşətli hadisə - Azərbaycanlıların evinə silahlı basqın edildi

29 Noyabr 2023, 12:06

Gürcüstanın Saqareco rayonunun Tüllər kəndində azərbaycanlıların yaşadığı evə silahlı basqın edilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

 

Bildirilir ki, hadisə gecə saatlarında baş verib. Xeyir Xəbərov adlı şəxs evə basqın edərək 36 yaşlı Yaşar Cəfərovu öldürüb, onun həyat yoldaşını isə ağır yaralayıb. Hücum edən şəxs yaralanan qadının keçmiş həyat yoldaşı olub. 

 

Məlumata görə, Xəbərov əvvəlcə qadını odlu silahla yaralayıb, daha sonra isə onun ərinə bir neçə dəfə atəş açıb.

 

Əraziyə kriminal ekspertlər cəlb edilib. Gürcüstan DİN tərəfindən faktla bağlı iki və daha artıq şəxsi öldürməyə cəhd maddəsi əsasında istintaq başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri