Modern.az

2300 maşın Rusiya-Gürcüstan sərhədində qalıb

2300 maşın Rusiya-Gürcüstan sərhədində qalıb

Dünya

4 Dekabr 2023, 11:36

Gürcüstanla Rusiya arasındakı Yuxarı Lars keçid məntəqəsində 2300-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədindən keçmək üçün gözləyir.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə RF Şimali Osetiya Respublikasının nəqliyyatın idarə edilməsi mərkəzi məlumat yayıb.

 

Bildirilib ki,  “yaşıl zona”da 250 avtomobil var və onların “Yuxarı Lars”dan keçmək üçün 12 saat vaxtı var. Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 2287 yük maşını gözləyir.

 

Noyabrın 26-dan 29-dək Qudauri-Kobi hissəsində hava şəraiti ilə əlaqədar ağır avtomobillərin keçidi qadağan edilmişdi. Noyabrın 29-da axşam saatlarında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi