Modern.az

Türkiyədə 2 güclü zəlzələ: İstanbul da silkələndi - VİDEO

Türkiyədə 2 güclü zəlzələ: İstanbul da silkələndi - VİDEO

Dünya

4 Dekabr 2023, 11:56

Türkiyənin Bursa vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Mudanya rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 5.1 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Episentr Mərmərə dənizində yerləşib. Zəlzələ İstanbul başda olmaqla, bütün Mərmərə bölgəsində hiss olunub.

 

Bundan 3 dəqiqə sonra 4.5 ballıq daha bir silkələnmə qeydə alınıb. Məlumata görə, yeni afterşokların olması da gözləniləndir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi