Modern.az

BQXK Prezidenti Qəzzaya getdi

BQXK Prezidenti Qəzzaya getdi

Dünya

4 Dekabr 2023, 17:40

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb.

 

Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub. Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək.

 

BQXK Prezidenti "X" hesabında artıq Qəzzaya çatdığını bildirib.

 

"İnsanların əzablarının dözülməz olduğu Qəzzaya gəldim. Mülki əhalinin müharibə qanunlarına uyğun olaraq müdafiə olunması və yardımın maneəsiz daxil olması üçün təcili çağırışımızı təkrar edirəm", - o paylaşımında qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi