Modern.az

Putin Yaxın Şərqə səfər edəcək - Müharibədən sonra ilk dəfə 

Putin Yaxın Şərqə səfər edəcək - Müharibədən sonra ilk dəfə 

Dünya

4 Dekabr 2023, 20:53

Rusiya prezidenti Vladimir Putin bu həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə onun köməkçisi Yuri Uşakov bildirib.

 

Bu, Putinin Ukraynada müharibə başlayandan sonra bu ölkələrə ilk səfərləri olacaq. 2022-ci il fevralın 24-dən sonra o, yalnız qonşu ölkələrə, eləcə də Çin və İrana səfər edib.

 

İşgüzar səfər çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və BƏƏ liderləri ilə görüşəcək. "Bu, çox faydalı danışıqlar olacaq və biz bunu son dərəcə vacib hesab edirik”, - Uşaqov deyib.

 

2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası Roma Statutunu imzalamış və ratifikasiya etmiş ölkələrə şamil edilir. BƏƏ və Səudiyyə Ərəbistanı onların arasında deyil. Birləşmiş Ərəb Əmirlikləri Roma Statunu imzalayıb, lakin ratifikasiya etməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi