Modern.az

Gürcüstanda \"xarici agentlər\" qanununa etiraz mitinqi ELAN OLUNUB

Gürcüstanda \

4 Aprel 2024, 10:46

Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında “Rusiya qanunlarına yox” koordinasiya mitinqi elan olunub.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, "Talgha" və "GEUT" vətəndaş hərəkatları Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbuluna yeni cəhdlə əlaqədar maraqlı təşkilatların vahid fəaliyyət planı yaratmasını təklif ediblər.

 

“Bir il əvvəl "Gürcü arzusu"nun qarşısını aldığımız qanun yenidən işə salındı. Bunun qarşısını almaq üçün qüvvələrimizi birləşdirməliyik”, - deyə bəyanatda vurğulanıb.

Bu xəbər ilə bağlı
Gürcüstanda iqtidarın qalmaqallı "xarici agent" qanunu yenidən GÜNDƏMDƏ
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ