Modern.az

Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında ÖLDÜ

Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında ÖLDÜ

Dünya

11 İyun 2024, 16:56

Malavinin prezidenti Lazarus Çakvera bu gün xalqa müraciətində bazar ertəsi itən təyyarədəki hər kəsin həyatını itirdiyini açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, təyyarədə ölkənin vitse-prezidenti və digər 9 nəfər olub.

 

Çakveranın açıqlamasına görə, vitse-prezidentin olduğu təyyarənin qalıqları tapılıb. Dağıntılar arasında həyat əlaməti aşkar edilməyib.

 

Qeyd edək ki, təyyarə radarlardan itib. Əlverişsiz hava şəraitində uçduğu bildirilib. Təyyarə radardan itdikdən sonra axtarışlara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV