Modern.az

Növbəti sülh sammiti nə vaxt keçiriləcək?

Növbəti sülh sammiti nə vaxt keçiriləcək?

Dünya

16 İyun 2024, 21:37

Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl Ukraynada sülh üçün ikinci sammit keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib.

 

Niderlandın baş naziri Mark Rutte isə bildirib ki, bu sammit sülh prosesinin yalnız başlanğıcıdır: "Biz hamımız bilirik ki, sülhə gedən yolun yalnız başlanğıcındayıq".

 

Lakin növbəti görüşün harada və nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əhmədin məhkəməsində qalmaqal