Modern.az

Makron parlamenti geniş koalisiya yaratmağa çağırıb

Makron parlamenti geniş koalisiya yaratmağa çağırıb

Dünya

12 İyul 2024, 09:04

Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərin heç bir partiyaya səs çoxluğu qazandırmadığını nəzərə alaraq, parlamentə geniş koalisiya danışıqları aparmaq təklifi edib.

Modern.az xəbər verir ki, bu barədə “France 24”ün məlumatında bildirilib.

Makron deyib ki, deputatlar idarəetmə proqramını müzakirə etmək üçün müəyyən vaxt tapdıqda o, yeni baş naziri təyin edəcək və indiki hökumət hələlik hakimiyyətdə qalacaq.

Prezidentin sözlərinə görə, Fransanın növbəti hökuməti qanunun aliliyini, Fransanın Avropa layihəsindəki  rolunu, milli müstəqilliyi və parlament idarəçiliyini dəstəkləyən respublika qüvvələri tərəfindən formalaşdırılmalıdır.

İyulun 7-də Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ikinci turu başa çatıb.

Seçkilərdə ultra solçu “Yeni Xalq Cəbhəsi” birinci, Emmanuel Makronun koalisiyası ikinci yeri tutub. Rusiyayönlü fikirləri və bəyanatları ilə tanınan Marin Le Penin partiyası üçüncü yerdə gəlir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri