Hazırda koronavirusdan ölənlərin 90%-dən çoxu peyvənd olunmayanlardır.
Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Baş pediatr bildirib ki, koronavirusa qarşı peyvənd vurduranlardan da xəstəliyə yoluxanlar var.
"Amma onlar xəstəliyi ağır keçirmir. İsrailin, ABŞ-ın və digər ölkələrin təcrübəsindən deyə bilərəm ki, koronavirusa qarşı əsas mübarizə peyvənd olunmaqdır. Uşaqlara hələ ölkəmizdə peyvənd vurulmur. Onları qorumağın da yeganə yolu uşaqların ətrafındakı insanların peyvənd olunmasıdır”.