Modern.az

Səudiyyə Ərəbistanında 66% insan mənzil sahibidir

Səudiyyə Ərəbistanında 66% insan mənzil sahibidir

Aktual

Bu gün, 16:15

Dayanıqlı şəhərsalma və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi düzgün qanunvericiliyin hazırlanması və onun praktikada tətbiqindən asılıdır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi - hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada 
Səudiyyə Ərəbistanı Şura Şurasının Mənzil, xidmətlər və ictimai xidmətlər komitəsinin sədri Atiya Mohammed Alatabi bildirib.

O qeyd edib ki, parlamentlər ilk növbədə milli məqsədləri və siyasətləri düzgün anlamalı, sonra isə onların icrası istiqamətində fəaliyyət göstərməlidir:

“Bu məqsədlərin real nəticələrə çevrilməsi parlamentlərin düzgün qanunvericilik bazası yaratmaq qabiliyyətindən asılıdır. Biz ilham aldığımız ideyaları praktikada tətbiq edilə bilən mexanizmlərə çevirməliyik”.

O çıxışında mənzilin cəmiyyət üçün əsas sütunlardan biri olduğunu da diqqətə çatdırıb:

“Mənzil əlçatanlığının artırılması əsas prioritetlərdən biridir. Beynəlxalq səviyyədə bir çox ölkə həm mənzil təminatı, həm də maliyyə yükü ilə bağlı problemlərlə üzləşir. Eyni zamanda iqlim dəyişiklikləri də bu siyasətlərdə nəzərə alınmalıdır”.

O bildirib ki, parlamentlər iqlim dəyişikliklərinin təsirlərinə davamlı mənzil siyasətlərinin formalaşdırılması istiqamətində də məsuliyyət daşıyır:

“Biz mənzillərin iqlim dəyişikliklərinə davamlı olmasını təmin etməli, eyni zamanda karbon emissiyalarının azaldılması istiqamətində addımlar atmalıyıq”.

A.Alatabi onu da əlavə edib ki, ölkədə mənzil sahibliyinin artırılması istiqamətində hədəflər müəyyənləşdirilib:

“Hazırda ölkədə mənzil sahibliyi səviyyəsi 66 faizdir. 2030-cu il baxışı çərçivəsində bu göstəricinin 70 faizə çatdırılması məqsəd qoyulub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı