Şəmkir rayonunun Qapanlı kəndində ferma ərazisində 672 ton ot bağlaması yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.