Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən 227 saat sonra dağıntılar altından 74 yaşlı qadın xilas edilib.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Cemile Kekeçə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.