Modern.az

“Twitter” marixuananın reklamına icazə verdi

“Twitter” marixuananın reklamına icazə verdi

Aktual

16 Fevral 2023, 07:54

“Twitter” sosial şəbəkəsinin administrasiyası öz siyasətində Amerika şirkətlərinə marixuananın reklamına icazə verən dəyişikliklər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

 

Şirkətin rəsmi tviter səhifəsində Biznes və Əməkdaşlıq bölməsində, məhdudiyyətlər nəzərə alınmaqla, marixuana reklamçılarının öz məhsullarını reklam edərkən Kanada və ABŞ-ı hədəf almasına icazə verilməsindən bəhs edilib.

 

Bunlara müvafiq orqanlar tərəfindən lisenziya verilməsi, yalnız mal və ya xidmətlərin internetdə təşviqi üçün icazəsi olan ölkələr və bölgələrə reklam təqdim etmək, onların təkliflərini azyaşlı internet istifadəçilərinə yaymamaq tələbləri daxildir.

 

Nəşr qeyd edib ki, kampaniya martın sonuna qədər davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı