Modern.az

Türkiyə hərbçiləri Suriyaya girdilər

Türkiyə hərbçiləri Suriyaya girdilər

Ölkə

9 Oktyabr 2017, 14:13

Türkiyə ordusunun bölmələri İdlibdə atəşkəs rejimini izləmək məqsədilə Suriya sərhədini keçib.

Modern.azAnadoluagentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri qarant ölkələrin (Türkiyə, Rusiya və İran) daxil olduğu nəzarət qüvvələrinin tərkibində yer alır.

Məlumata görə, Türkiyə hərbçiləri İdlib bölgəsində icra edəcəkləri fəaliyyət çərçivəsində müşahidə nöqtələri yaratmaq üçün oktyabrın 8-də kəşfiyyat işlərinə başlayıblar. Onlar bölgədəki vəzifələrini Astana danışıqlarında müəyyənləşdirilən qaydalara uyğun surətdə yerinə yetirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı