Modern.az

Daha bir icra başçısı vəzifəsindən azad edildi - YENİLƏNİB

Daha bir icra başçısı vəzifəsindən azad edildi - YENİLƏNİB

Ölkə

14 Mart 2016, 18:19


Azərbaycan Prezidenti İlham Əliyev daha bir icra başçısını tutduğu vəzifədən azad edib.

Modern.az saytı xəbər verir ki, ölkə başçısının bu gün imzaladığı sərəncamla Elçin Məmməd oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***
Dövlət başçısının digər sərəncamı ilə Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün öncə Cəbrayıl, Laçın və Yardımlı rayonlarının da icra başçılarını vəzifədən azad edib. Hələ ki həmin rayonlara yeni icra başçıları təyin olunmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı