Modern.az

Müsavat bu həftə meriyanı məhkəməyə verəcək

Müsavat bu həftə meriyanı məhkəməyə verəcək

Təhsil

17 Mart 2014, 11:56

Müsavat Partiyası mayın 24-də qurultay keçirməyi planlaşdırır. Partiya qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə fevralın 11-də müraciət etsə də, qurumdan cavab verilməyib.

Modern.az-ın məlumatına görə, Müsavat bu həftə BŞİH-i məhkəməyə verməyə hazırlaşır. Partiyadan bildirilib ki, müraciətə 15 gün müddətində cavab verilməli idi, gecikdirildiyinə görə məsələ hüquqi müstəvidə həll ediləcək.

 

  İlkin PİRƏLİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı