Modern.az

Şagirdlərimiz Antalyadan qızıl gətirdilər - FOTO

Şagirdlərimiz Antalyadan qızıl gətirdilər - FOTO

Təhsil

11 Noyabr 2014, 13:28

Noyabrın 2-dən 9-na kimi Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin IV Beynəlxalq Bilik Olimpiadası keçirilib. Olimpiadada şagird və tələbələrin  riyaziyyat, rus dili, xarici dil, türk dili və coğrafiya fənlərindən bilikləri imtahan edilib.
Azərbaycan Respublikasının məktəbliləri Antalya olimpiadasında ilk dəfədir ki,çıxış edirdilər. 
Bilik yarışında Bakıdakı Avropa Azərbaycan Məktəbinin 8 şagirdi iştirak edib. Məktəblilərimiz Vətənə  12 medalla qayıdıblar. XI sinif şagirdi Günay Məmmədova  ingilis dilindən (müəllimi Kəmalə Nuri) qızıl, riyaziyyatdan (müəllimi Kərim Cəfərov) gümüş medala layiq görülüb.
Onun sinif yoldaşı Murad Zeynalov da qızıl medal alıb. O, bu mükafata coğrafiyadan (müəllimi Zaur Əliyev) qazandığı biliklərə görə  layiq görülüb.
Ən gənc iştirakçılarımızdan biri - VIII sinif şagirdi Vaqif Süleymanlı coğrafiyadan (müəllimi Nazlı Qurbanova) yüksək bilik nümayiş etdirib. O da qızıl medala layiq görülüb. Münsiflər heyəti Vaqifin  ingilis dili biliyini də yüksək qiymətləndirib: onun  ingilis dili biliyi (müəllimi  Robert Garrard) bürünc medala layiq görülüb. 
IX sinif şagirdi Əminə Hüseynli riyaziyyat fənnindən (müəllimi Kərim Cəfərov) bürünc medal alıb.
Avropa  Azərbaycan Məktəbinin  olimpiada  iştirakçılarına 6  həvəsləndirici mükafat da verilib.
Yeri gəlmişkən qeyd edək ki,  Antalyada keçirilən IV Beynəlxalq Bilik Olimpiadasının qaliblərindən biri Günay Məmmədova bu ilin martında  Bakıda keçirilən Respublika Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən  də yüksək nəticə göstərərək, birinci yerə layiq görülmüşdü.
Bilik yarışının qaliblərini təbrik edirik.
    

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı