Modern.az

Dmitri Kozak Prezidenti təbrik etdi

Dmitri Kozak Prezidenti təbrik etdi

Aktual

25 Dekabr 2021, 19:24

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Dmitri Kozak Prezident İlham Əliyevi təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli İlham Heydər oğlu.

 

Altmış illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

 

Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycan Respublikası dinamik inkişaf edir, dövlətlərimiz isə uzun illər boyu strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirir. Bu münasibətlərin əsasını Rusiya və Azərbaycan xalqları arasında əsl dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir.

 

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uğurlar, tükənməz enerji, Azərbaycan Respublikasına və onun vətəndaşlarına sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

 

 

Dmitri Kozak

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı