Modern.az

Uğurlarımızın altındakı altun İMZA: İlham Əliyev QƏTİYYƏTİ

Uğurlarımızın altındakı altun İMZA: İlham Əliyev QƏTİYYƏTİ

Aktual

26 Dekabr 2021, 14:39

Müstəqilliyinin 30-cu ilini yaşayan qüdrətli, müasir Azərbaycanın son 18 ildə sahib olduğu bütün uğur və nailiyyətləri məhz İlham Əliyevin adı ilə bağlıdır.

 

 

Dövlətimiz önəmli və çoxşaxəli inkişaf yolunu uğurla qət edib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan müdrik xalqımız bu gün dünyanın hər yerində sayılıb-seçilən, öz sözünü deyə bilən xalqlardan biri kimi tanınır.

 

 


2003-cü ildən başlayaraq Azərbaycanda İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi, siyasi-mədəni, elm-təhsil sahəsində davamlı islahatlar həyata keçirilir, inkişaf siyasəti müntəzəm davam etdirilir. Bu proseslərin davamı olaraq, son illərdə təhsil sahəsi ilə bağlı imzalanan sərəncamlara, verilən qərarlara daha bir neçəsi əlavə edildi. İlin yekununa doğru prezidentin Təhsil Nazirliyinin strukturu və təhsil sahəsində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində addımları medianın da gündəmini zəbt etdi.

 

 

Ölkə başçısının “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Sərəncamına görə, rayon-təhsil şöbələrini tərkibində birləşdirən regional idarələr yaradıldı. Bunlar Xızı Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsidir.

 

 

 


Prezidentin təhsil sahəsi ilə əlaqədar imzaladığı sərəncamla bağlı danışan təhsil naziri Emin Əmrullayev idarələrin növbəti həftələrdə və ya aylarda yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb. Nazir regional təhsil idarələrinin yaradılmasını önəmli məqam adlandırıb və vətəndaş məmnunluğu yüksəldikcə, gələcəkdə bir sıra səlahiyyətlərin həmin idarələrə verilə biləcəyini söyləyib. Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbəyə işarə edən Emin Əmrullayev onu da vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda Təhsil idarələrinin yaradılması şanlı zəfərin bariz nümunəsidir.

 

 


Prezident İlham Əliyev təhsil sahəsində önəmli addımları davam etdirərək, ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürü kimi gündəmə oturan daha iki sərəncama da imza atdı. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.
Həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.
Artımların edilməsi məqsədilə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır.
Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Belə ki, prezident "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" Sərəncam imzaladı.

 

 

Bu dövlət sənədinə əsasən, 2022-ci il yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır. Yeni əməkhaqqı artımının 165 min təhsil işçisini əhatə edəcəyi qeyd olunur. Həmçinin, artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Son sərəncamları da nəzərə alaraq qeyd edə bilərik ki, Prezident İlham Əliyev öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olub. Rəhbərliyi dönəmində ölkəmiz üçün savadlı, təhsilli kadrların yetişməsinə bütün səyləri ilə çalışan dövlətimizin başçısı deyib:

 

 

“Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.

 

 

Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”.

 

 


Xüsusilə Azərbaycanda son illərdə elm və təhsilin inkişafına ayrılan vəsait, bu sahədə infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərin miqyası, hətta ucqar kəndlərdə yaşayan uşaqların təhsil almasının təmin edilməsi istiqamətində atılan addımlar, verilən önəmli qərarlar, fərman və sərəncamlar göstərir ki, möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri təhsil sahəsində qazanılan nailiyyətlərin davamlı olmasını təmin edəcəkdir.

 

 

Aysel Aslan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı